Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

AZAL - ilin nəticələri haqqında.....

106

"Bakı Gəmiqayırma Zavodu" AZAL-dan beş milyon dollar faizsiz borc alıb

 
"Bakı Gəmiqayırma Zavodu" MMC "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən beş milyon ABŞ dolları faizsiz borc alıb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı müqavilə dekabrın 8-də imzalanıb.

Müqaviləyə əsasən, borc dekabrın 15-də verilib və 2028-ci il yanvarın 31-dək tam şəkildə qaytarılmalıdır.

Xatırladaq ki, hər iki müəssisə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nəzarətindədir və borcun verilməsi onların əlaqəli tərəflər olması çərçivəsində baş tutub.

***

 

AZAL dövlət bankında depozit yerləşdirib

 
"Azərbaycan Hava Yolları" QSC (AZAL) dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-də 50 milyon manat depozit yerləşdirib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı ilk müqavilə 2025-ci il fevralın 5-də imzalanıb.

Depozit 6 ay müddətinə, illik 8%-lə yerləşdirilib. Avqustun 1-də isə depozitin müddətinin bitdiyi tarixdən növbəti 6 ay müddətinə uzadılmasına dair əlavə saziş imzalanıb və illik faiz dərəcəsi 7% müəyyən edilib.

Bu il AZAL həm də banklar qarşısında olan öhdəlikləri üzrə 32.968 milyon manat əsas borc və 13.471 milyon manat faiz ödənişi həyata keçirib.

***

AZAL "Airbus A321-200NX tipli" üç hava gəmisini icarəyə götürüb

 
"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Avolon Leasing Ireland 3 Limited" şirkəti ilə "Airbus A321-200NX" tipli üç hava gəmisinin icarəsinə dair əməliyyat lizinqi müqavilələri bağlayıb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, həmin təyyarələrin 2026-cı ilin dekabr - 2027-ci ilin mart ayları aralığında təhvil verilməsi planlaşdırılır.

Bundan başqa, bu il AZAL lizinq müqavilələri əsasında təhvil alınmış iki yeni "Airbus A320-251N" tipli hava gəmisinin hesabına donanmasındakı hava gəmilərinin sayını 33-ə çatdırıb.

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın