Məktəbəhazırlıq qrupları haqqda xəbərlər

Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbulu məsələsinə aydınlıq gətirilib
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.
"Məktəbəhazırlıq qrupları icbari xarakter daşımır. Birinci sinfə qəbul zamanı məktəbəhazırlıq mərhələsində iştirak etməyən uşaqlar da qeydiyyatdan keçə bilərlər", - deyə Aidə Əsgərli qeyd edib.
***
Bakı üzrə 20 mindən artıq uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova deyib.
"Bundan əlavə, 2025-2026-cı il üzrə məktəbəqədər hazırlıq üçün beş yaşı tamam olan uşaqlar qeydiyyatdan keçə bilər. Yəni, 2020-ci il yanvarın 1-dən dekabrın 31-dək doğulan uşaqlar məktəbəqədər hazırlıq üzrə qeydiyyatdan keçə bilərlər. Valideynlər sentyabrın 1-dən 30-a kimi sənədlərini təhsil müəssisələrinə təqdim etməlidirlər", - deyə S.İsmayılova bildirib.