Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
28
Milli Hidrometeorologiya Xidməti aprelin 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8 metrdən 28.4 metrədək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9 metrdən 20.7 metrə çatacaq.


