Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi necə dəyişib?

287

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1,4 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 207,4 milyon ABŞ dolları və ya 12,7% azdır.

Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,31%-i həcmində olub.

Ötən ilin 11 ayında Azərbaycan Almaniyaya 682,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 108,8 milyon ABŞ dolları və ya 13,7% azdır. Dövr ərzində Almaniya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 2,80%-ni təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Almaniyada məhsul idxalını illik müqayisədə 98,5 min ABŞ dolları və ya 11,7% azaldaraq, 744,2 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində Almaniya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 3,96%-ni təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 4,2 milyard ABŞ dolları və ya 8,9% azdır.

Xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın, 18,7 milyard ABŞ dolları isə idxalın payına düşüb. 2023-cü ilin ilk 11 ayı ilə müqayisədə ixrac 7,1 milyard ABŞ dolları və ya 22,8% azalıb, idxal isə 2,9 milyard ABŞ dolları və ya 18,7% artıb.

Nəticədə, xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 10,1 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.

 
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın