Oleq Əmirbəyov: Aleksandr Şarovski quruluş verdiyi tamaşalarda yaşayacaq
33
Bu gün kollektivimiz, bütövlükdə Azərbaycan teatrı və mədəniyyəti üçün çox ağır və kədərli gündür. Aleksandr Şarovski ömrünün 60 ilini teatr sənətinə həsr edib. Yaradıcılıq fəaliyyətinin böyük hissəsi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilə bağlı olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rus Dram Teatrının direktoru Oleq Əmirbəyov söyləyib.
“Aleksandr Şarovski rejissor kimi quruluş verdiyi tamaşalarda yaşamağa davam edəcək. Onun hazırladığı səhnə əsərləri teatrımızda bu gün də uğurla nümayiş olunur. Həmin tamaşaları imkan daxilində repertuarımızda qoruyub saxlayacağıq”, – deyə Oleq Əmirbəyov əlavə edib.


