Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

BMT: "2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"

42

2024-cü ildə dünyada öldürülən jurnalist və media işçilərinin sayı 2023-cü illə müqayisədə 10%-dən çox artaraq 74 nəfərdən 82-yə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, bu qətllərin 60%-dən çoxu silahlı münaqişə zonalarında baş verib. Bu göstərici son 10 ildə ən yüksək həddə çatıb.

BMT eyni zamanda bildirir ki, 2024-cü il ərzində dünyada baş verən münaqişələr nəticəsində həlak olan mülki vətəndaşların sayı əvvəlki illə müqayisədə 40% artaraq azı 48 384 nəfərə çatıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın