Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı: “7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib”
403
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı: “7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib”
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral tarixli prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bu barədə saytımıza Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov məlumat verib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yüzlərlə nümayəndəsi respublika ərazisində seçki müşahidəçiliyi aparıb, seçki prosesini yaxından izləyib. Bütün məntəqələrdə nümayəndələrimizə seçki müşahidəçiliyi üçün tam şərait yaradılıb. Seçkilər azad, ədalətli və şəffaf keçib. Xırda texniki qüsurlar istisna olmaqla, seçkinin ümumi nəticəsinə təsir göstərə biləcək heç bir pozuntu halı qeydə alınmayıb. Seçki seçicilərin yüksək fəallığı şəraitində keçib. Seçicilər heç bir kənar təsir və müdaxilə olmadan istədikləri namizədə səs verib, seçki hüquqlarından sərbəst istifadə ediblər. Bütün bunlar onu deməyə əsas verir ki, 7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq seçkilərin nəticəsinin xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olmasını diləyirik”.