Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

PAŞA Həyat artıq iş prosesinə robotları cəlb edir

496

Bakı. Trend:

Lider həyat sığortası şirkəti olan PAŞA Həyat iş prosesinin daha effektiv təşkil edilməsi məqsədilə artıq RPA (Robotik Proseslərin Avtomatlaşdırılması) sisteminin tətbiqinə başlayıb.

6 dekabr 2023 tarixindən etibarən şirkətin iş proseslərinin icrasında artıq birinci robot fəaliyyət göstərir. Belə ki, işçilərin icra etdiyi təkrarlanan rutin əməliyyat işlərini RPA icra edir. Bu robot sözügedən işləri icra etməklə əməkdaşların daha da yaradıcı və innovativ olmağına, dəyər qatan işlərə fokuslanmağına imkan yaradır. Robot ilkin olaraq şirkətin maliyyə proseslərində tətbiq olunub. PAŞA Həyat bildirir ki, növbəti ildən şirkət yeni 2024-2026 strategiyası dövrünə başlayır və RPA sistemi şirkətdə yeni yaradılmış Biznes proseslərinin optimallaşdırılması mərkəzi çərçivəsində idarə olunacaq. RPA-lər şirkətdə olan innovativ yanaşmalar, yeniliklər, gələcək nəsil üçün prioritet olacaq süni intellekt istiqamətində ilk addımlardandır.

Hazırda isə şirkət 2021-2023-cü illəri əhatə edən Rəqəmsal Transformasiya strategiyasını yekunlaşdırmaq üzrədir. Ötən il ərzində yeni proseslər icra edilərək yeni məhsullar yaradılıb, Data Analitika, Agile idarəetmə, digər biznes proseslərin optimizasiyası istiqamətində bir çox layihələr həyata keçirilib.

Qeyd edək ki, Robotlaşdırma və ya RPA proqram robotlarına və ya süni intellektə əsaslanan biznes proseslərinin avtomatlaşdırılması texnologiyasıdır.

Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın