İran və Ermənistan arasında bir sıra sənədlər imzalanıb

İran və Ermənistan arasında bir sıra sənədlər imzalanıb
İrəvanda keçirilən görüş zamanı İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə iki ölkə arasında bir neçə sənəd imzalanıb.
"Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verir ki, həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun iranlı həmkarı Abbas Əraqçı 2025-2027-ci illər üçün iki ölkə xarici işlər nazirlikləri arasında məsləhətləşmələr planını təsdiqləyiblər.
Bundan başqa, ölkələr arasında standartlaşdırma, verifikasiya, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında, tibbi məhsulların istehsalının tənzimləməsi üzrə qarşılıqlı fəaliyyət haqqında, Ermənistan və İranın muzeyləri, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
Ermənistanın baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında təkbətək formatda danışıqlar başa çatıb.
"Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verir ki, İrəvanda aparılan danışıqların nəticəsi olaraq 10 anlaşma memorandumunun imzalandığı qeyd olunur.
Bildirilir ki, danışıqlar təxminən 1.5 saat davam edib.
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan İran prezidenti Məsud Pezeşkianı qarşılayıb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, təntənəli qarşılanma mərasimi Ermənistan baş nazirinin iqamətgahında keçirilib.
Xatırladaq ki, M.Pezeşkianın Ermənistana səfəri dünəndən başlayıb.