Birinci vitse-prezident Mehriban Əliyeva Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı paylaşım edib
247
Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!