Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Almaniya və Lüksemburqda yaşayan azərbaycanlılara şad xəbər

40

Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır", - məlumatda bildirilib.

Eyni zamanda, Lüksemburqda yaşayan Azərbaycan vətəndaşları üçün mayın 4-də səyyar konsulluq xidmətləri həyata keçiriləcək.

Bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin "X" hesabında məlumat paylaşılıb.

"Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə! Səyyar konsulluq xidməti 4 may 2026-cı il tarixində Lüksemburq şəhərində həyata keçiriləcək", - məlumatda qeyd edilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın