Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Вəstəkar Elza İbrahimovanın 85 illik yubileyinə həsr olunmuş

388

“Yaradıcı oxucularımız” lahiyəsi kitabxanada uğurla davam edir
(bəstəkar Elza İbrahimovanın 85 illik yubileyinə həsr olunmuş məqalə)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 2018-ci
ildən “Yaradıcı oxucularımız” lahiyəsi həyata keçirilir. Bu lahiyə ictimaiyyətin
və kitabsevərlərin böyük marağına səbəb olur. Tanınmış şair və yazıçılar,
jurnalistlər kitabxanaya yeni əsərlərini, məqalələrini təqdim edirlər.
Kitabxananın Fəxri oxucusu, “Bakinski raboçi” qəzetinin mədəniyyət
şöbəsinin müdiri, tanınmış jurnalist Afət İslam kitabxananın oxucularına və
musiqisevərlərə görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın xalq artisti
Elza İbrahimovanın 85 illik yubileyinə həsr olunmuş “Musiqi ürəklərdə od
qalamalıdır” məqaləni təqdim etmişdir. Müəllif qeyd edir ki,
həmvətənlilərimizin bir neçə nəsli Elza İbrahimovanın musiqisi ilə böyüyüb.
Onun musiqisində Vətənə, insanlara sonsuz məhəbbət səslənir. Onun
populyarlığı Azərbaycanın hüdudlarını aşıb, bəstəkara məhəbbət
sonsuzdur.
Afət İslam bəstəkarın zəngin yaradıcılığına maraqlı ekskurs edərək,
onu “cəsarətli bəstəkar-novator” adlandırır. Bəstəkarın qızı Zəhra
İbrahimova və qardaşı Çingiz İbrahimov jurnalistlə xatirələrini bölüşürlər.
Jurnalist bəstəkarın təbiətdən olan istedadını məxsusi vurğulayır,
onun bəstəkarlıq ustalığının incəliklərini açıqlayır, bəstəkarın
“yaradıcılığının qızıl dövrünə” diqqət yetirir. O, böyük bəstəkarlar Qara
Qarayev, Arif Məlikov, Emin Sabitoğlunun və bəstəkarın qızı
Z.İbrahimovanın sitatlarını misal gətirir.
Afət İslam məqalənin sonunda qeyd edir ki, bəstəkarın “Ey Vətən!”
mahnısı bəstəkarın ülvi, əvəzsiz sevgi ilə sevən Vətənini tərənnüm edən
himnə, vizit kartına çevrilmişdir.
Oxucular məqalə ilə aşağıdakı keçiddə tanış ola bilərlər:
https://drive.google.com/file/d/18tZymfnRxmlQb8SzolHg4- UwYpZ3YgzS/view?usp=sharing

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın