Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Yeni Kaledoniya rəsmisi: "Bakı Təşəbbüs Qrupu Fransanın kolonial siyasətini ifşa edir"

59

"Dekolonizasiyanı uğurla başa çatdırmış xalqların dəstəyi bizim üçün dəyərlidir. Bakı Təşəbbüs Qrupu Fransanın kolonial siyasətini ifşa etməklə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə ciddi töhfə verir".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun ev sahibliyi ilə baş tutan "Dekolonizasiya: Səssiz İnqilab" adlı beynəlxalq konfransda çıxış edən Yeni Kaledoniya parlamentinin Ailə və qadın məsələləri komissiyasının sədr müavini Mari-Lin Sakilia deyib.

Tarixi kontekstdən danışan nümayəndə 1988-ci il Martino-Odino sülh sazişini xatırladaraq, Yeni Kaledoniya xalqının Fransa ilə münasibətlərində intellektual, iqtisadi və idarəetmə mexanizmlərini qorumağa çalışdığını vurğulayıb.

İqtisadi vəziyyətdən danışan nümayəndə bildirib ki, Fransanın siyasəti burada kütləvi miqrasiyaya səbəb olur.

1998-ci il Lumia sazişinə də toxunan nümayəndə qeyd edib ki, artıq bu tarixi dəyərlərin yenidən tanınması və həyata keçirilməsi vaxtıdır.

Əmək bazarındakı problemlərə diqqət çəkən nümayəndə söyləyib ki, yerli tələbatı ödəməyən və ya işləməyə fiziki qadir olmayan şəxslərin əvəzinə yerli maraqlara zidd olaraq, Avropadan xarici şəbəkələr vasitəsilə işçi qüvvəsi cəlb olunur. Bu isə yerli resurs çatışmazlığı fonunda məlumat axınının və idarəetmənin qeyri-kafi olduğunu göstərir: "Xalqımızın özünüidarəetmə qabiliyyətini bərpa etməsi üçün bu çətinliklər aydın şəkildə müəyyənləşdirilməlidir. Bu, keçmişinə sahib çıxaraq gələcəyini daha sağlam şəkildə qurmaq istəyən cəmiyyətin yoludur", - deyə nümayəndə əlavə edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın