Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

“Bolşoy teatr”da Elçin Əzizovun quruluşunda “İolanta” operasının premyerası olub

183

“Bolşoy teatr”ın yeni səhnəsində Azərbaycanın Xalq artisti, rejissor və geyim üzrə rəssam kimi debüt edən bariton Elçin Əzizovun quruluşunda Pyotr Çaykovskinin “İolanta” operasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, tamaşanın musiqi rəhbəri maestro Valeri Qerqiyev, dirijor-rejissor Anton Qrişanin və dirijor Pavel Sorokin də quruluş üzərində işləyiblər. Əsas partiyaları opera truppasının solistləri və “Bolşoy teatr”ın Gənclər Opera Proqramının artistləri ifa ediblər.

Məhz “İolanta” operasındakı mavritaniyalı həkim İbn-Hakia partiyasında Elçin Əzizov əvvəlcə bu teatrın səhnəsində, sonra isə Metropolitan Operasında və dünyanın aparıcı opera səhnələrində çıxış edib. Onun repertuarında dünya operasının onlarla aparıcı partiyaları var.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın