İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin hamısı helikopter qəzasında həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
https://video.azertag.az/files/video/2024/2/1716184996943522632.mp4
Məlumata görə, helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.