Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər

347

də inşa ediləcək elektrik stansiyalarının fəaliyyətinin nəticəsində də çox böyük faydalar olacaq və bu, bölgələrə qayıdacaq insanlar üçün böyük bir üstünlük verəcək. Mən İran tərəfdə gözəl binaları görürəm, yaşayış məntəqələrini görürəm, inşallah, yaxın gələcəkdə Arazın bu tayında da ona oxşar mənzərə olacaq.

Prezident Seyid İbrahim Rəisi: Mütləq. Biz Azərbaycanın uğurunu, nailiyyətini öz nailiyyətimiz bilirik. Bizim Azərbaycanla münasibətlərimiz, bağlılığımız təkcə qonşuluq bağlılığı deyil, aramızda qəlb bağlılığı, tarixi bir bağlılıq və kök bağlılığı var. Bu, tarixi bir hadisə, yəni, iki ölkə, iki xalq arasında tarixi bir hadisənin əsası olacaq və bu, tarixə də həkk ediləcək.

Prezident İlham Əliyev: Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını indi həyata keçiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, quracaq, belə gözəl xariqələr yaradacaq.

Prezident Seyid İbrahim Rəisi: Cənab Prezident, mən buraya - bu bəndə gəlməmişdən qabaq Kəlalə-Ağbənd yoluna baxdım. İşlər çox gözəl şəkildə həyata keçirilir. Bizim, yəni, Azərbaycan ilə İran arasındakı əməkdaşlıqların nəticələri bu su bəndi və eyni zamanda, o körpü və yoldur.

Prezident İlham Əliyev: Ağbənd istiqamətində inşa edilən körpü həm növbəti nəqliyyat bağlantısıdır, eyni zamanda, növbəti dostluq rəmzidir. Biz faktiki olaraq Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir istiqamətini də Ağbənd istiqamətindən salırıq. Mənə də bu yaxınlarda video, fotosənədlər göstərilmişdir, gördüm ki, həqiqətən qısa müddət ərzində çox böyük işlər görülüb.

Prezident Seyid İbrahim Rəisi: Mən gedib körpünün inşa olunduğu əraziyə baxış keçirdim və orada gördüm ki, körpü ilə bağlı bir çox işlər görülüb, eyni zamanda, körpünün ərazisində də torpaq sahələrinin ayrılması istiqamətində də böyük uğurlar əldə edilib. Hazırda 6 istiqamətdə işlər həyata keçirilir. Dostlarımız plan üzrə belə proqnozlaşdırırlar ki, bu layihəni 36 aya başa çatdırsınlar. Ancaq mən belə görürəm ki, işlər sürətlə davam edir, yəni, bu, tez bir zamanda yekunlaşacaq.

Prezident İlham Əliyev: Mən qarşıya vəzifə qoymuşam ki, gələn ilin sonuna qədər bitməlidir və orada da Sizinlə bərabər gözəl bir mərasim keçirərik. Ondan sonra dəmir yolu körpüsü də yəqin ki, razılaşdırılacaq.

Prezident Seyid İbrahim Rəisi: İnşallah. Yaddaqalan bir an oldu. İnşallah hər iki dövlət və xalq üçün uğurlu bir il olacaq.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın