Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Prezident İlham Əliyev “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə fərman imzaladı

82

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Trend xəbər verir ki, ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

Müəyyən edilib ki, Mərkəz balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Mərkəzin nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Maliyyə Nazirliyinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fərmanda, həmçinin Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər əksini tapıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın