Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb

37

2026-cı ilin 1-ci rübü ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991 milyon kilovat-saat olub. Bu da 2025-ci ilin eyni ayları ilə müqayisədə 2,5 faiz azdır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə İES-lərdə 6 milyard 66 milyon kilovat-saat (4 faiz azalma), SES-lərdə 510,5 milyon kilovat-saat (23,8 faiz azalma), digər mənbələr üzrə isə 414,5 milyon kilovat-saat (2,3 dəfə artım), o cümlədən külək elektrik stansiyalarında 247,7 milyon kilovat-saat (26,1 dəfə artım), Günəş elektrik stansiyalarında 91,3 milyon kilovat-saat (18,8 faiz azalma), Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 milyon kilovat-saat (22 faiz artım) elektrik enerjisi istehsal edilib.

Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2 milyon kilovat-saat artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 milyon kilovat-saat (8,4 faiz artım) təşkil edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın