Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

“Dünyanın ana dilləri xəzinəsi: qorumaq və əzizləmək. Yerli xalqların dillərinin qorunmasının konteksti, siyasəti və təcrübəsi” II Beynəlxalq Yüksək Səviyyəli Konfrans keçirildi

1782

Sankt-Peterburqda “Dünyanın ana dilləri xəzinəsi: qorumaq və əzizləmək. Yerli xalqların dillərinin qorunmasının konteksti, siyasəti və təcrübəsi” mövzusunda II Beynəlxalq Yüksək Səviyyəli Konfrans keçirilmişdir.

Konfranas RF Millətlər İşləri üzrə Federal Agentliyi, RF Xarici İşlər Nazirliyi, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya Komitəsi və Rəqəmsal İnkişaf Nazirliyinin dəstəyi ilə Regionlararası Kitabxana Əməkdaşlıq Mərkəzi və YUNESKO üzrə Rusiya Federasiyası Komissiyası, habelə Rusiya Federasiyasının YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil olunmuşdur.

Konfrans çoxdillik sahəsində milli siyasətin formalaşdırılması və həyata keçirilməsi üçün tövsiyə bazasının işlənib hazırlanmasına yardım etmək, çoxdilliliyin dəstəklənməsi, dillərin və mədəniyyətlərin qorunması və dirçəldilməsi maraqları naminə qabaqcıl rəqəmsal texnologiyalardan istifadənin intensivləşdirilməsi məqsədi daşıyırdı.

Tədbirdə Rusiyanın 50-dən çox regionundan və 40-dan çox xarici ölkədən 200-dən artıq ekspert iştirak etmişdir: hökumətlərarası, beynəlxalq, regional və milli qeyri-hökumət təşkilatlarının, hakimiyyət orqanlarının, yaddaş institutlarının nümayəndələri, sosial və humanitar elmlər, mədəniyyət sahəsində mütəxəssislər, təhsil, rabitə və informasiya, habelə vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun nümayəndələri iştirak etmişdir.

Konfransın təntənəli açılışı Tavriya Sarayında baş tutub. İştirakçıları Millətlərin İşləri üzrə Federal Agentliyin rəhbəri İ.V. Barınov, Sankt-Peterburqun vitse-qubernatoru A.A.Korabelnikov, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Hökumətlərarası Şurasının sədri Pablo Migel Medina Himenez, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Rusiya Komitəsinin sədri, Regionlararası Kitabxana Əməkdaşlıq Mərkəzinin baş direktoru, S.D.Bakeykin, Ekvatorial Qvineya Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Luçiano Ayyekaba, Burundi Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Jozef Nkurunziza, Rusiya Federasiyası fin-uqor xalqları Assosiasiyası Şurasının sədri P.N.Tultayev, Rusiya Federasiyasının Şimal, Sibir və Uzaq Şərqin Yerli Azsaylı Xalqları Assosiasiyasının vitse-prezidenti N.Q.Veysalova salamladılar.

 Xarici işlər naziri Sergey Lavrov konfrans iştirakçılarına salam məktubu göndərdi.

 Rusiya Federasiyası Baş nazirinin müavini T.A. Qolikova, müstəqil dövlətlər birliyi, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə federal agentliyin rəhbəri Y.A.Primakov, Rusiya Federasiyasının elm və ali təhsil nazirinin müavini D.S. Sekirinskiy  konfransa təbriklər göndərdilər.

Konfransın plenar iclaslar və tematik treklər çərçivəsində 65-dən çox məruzə dinlənildi. Mütəxəssislər dil siyasətinin müxtəlif aspektlərini, çoxdilliliyi dəstəkləyən qurumların fəaliyyətindəki əsas tendensiyaları və problemləri, davamlı inkişaf maraqları naminə müasir dünyada çoxdilliliyin qorunub saxlanılması perspektivlərini müzakirə etdilər. Yerli dillərin təbliğində təhsil sektorunun roluna, rəqəmsal mühitdə linqvistik müxtəlifliyin təşviqi üçün informasiya texnologiyalarından istifadə imkanlarına, həmçinin dil hüquqlarının təmin edilməsinə və dil fəallarının fəaliyyətinə xüsusi diqqət yetirildi.

Konfransda Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova çıxış edərək, çoxdilliyiyin dəstəklənməsi sahəsində kitabxanaların işindən, Azərbaycanda rus dilinin dəstəklənməsindən danışdı.

Konfrans hər iki ildən bir Beynəlxalq yerli dillər onilliyi və YUNESKO-nun “İnformasiya hamı üçün” Hökumətlərarası Proqramının Rusiyada həyata keçirilməsi çərçivəsində keçirilir və Rusiyanın təşəbbüsü ilə YUNESKO ilə əməkdaşlıq çərçivəsində Yakutskda, Xantı-Mansiyskdə habelə YUNESKO-nun Parisdəki mənzil-qərargahında kiberməkanda dil müxtəlifliyinin inkişafı və inkişaf etdirilməsi və dillərin qorunması problemlərinə dair əsas beynəlxalq forumların xəttini davam etdirdi.

Konfransın materialları topluda nəşr olunacaqlar.

Konfrans iştirakçılarına videoçarx nümayiş olundu:

https://www.youtube.com/watch?v=4SOjRsfmDMg&t=3s

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın