Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib

71

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “PowerChina Resources” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, enerji ixracı imkanları barədə məlumat verilib.

Tərəflər Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətlərini və bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində həyata keçirilən birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiriblər.

Müzakirələr zamanı Günəş və külək elektrik stansiyalarının inşası üzrə görülən işlər, dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak, həmçinin enerji, mineral resurslar və su ehtiyatlarının səmərəli idarə olunması sahəsində birgə fəaliyyət imkanlarna dair fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın