Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasında konkret addımlar atıb - XİN

425

2021-ci ilin yanvar ayından etibarən Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması istiqamətində konkret addımlar atıb.

Trend-in məlumatına görə, bunu Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov azərbaycanlı və türkiyəli jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycan 2022-ci ildə məlum 5 baza prinsipini təqdim edib və bu prinsiplər Ermənistan tərəfindən qəbul edilib.

“Eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də bu müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanmış və bir ildən artıq müzakirələri davam edən sənəd layihəsi də məhz o prinsiplər üzərində qurulub, beynəlxalq hüququn norma və prinsipləri əsasında formalaşıb. Bizim gözləntilərimiz bu məsələnin hüquqa əsasən həll edilməsi, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması şərtindən, sülh müqaviləsinin razılaşdırılması və tərəflərin bunu qəbul etməsindən ibarətdir. Bu sülh elə bir şərtlərə əsasən qurulmalıdır ki, davamlı olsun, gələcəkdə hər hansı bir açıq sualların olmasına səbəb olmasın”.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın