Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Prezidentin Mətbuat Xidmətinin məlumatı

30

 Martın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Viktor Orban İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam həmrəy olduğunu bildirib. Macarıstanın hər zaman Azərbaycanın yanında olduğunu deyən Viktor Orban qeyd edib ki, ölkəmiz Macarıstana güvənə bilər, Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır.

Dövlətimizin başçısı telefon zənginə, nümayiş olunan dəstəyə və həmrəylik mövqeyinə görə minnətdarlığını bildirib.

 

***

 Efiopiyanın Baş naziri Abiy Əhməd Əli martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Abiy Əhməd Əli İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hava hücumunu qınadığını vurğulayıb.

Dövlətimizin başçısı telefon zənginə və göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Telefon söhbəti əsnasında Efiopiyanın Baş nazirinin bir müddət əvvəl ölkəmizə rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəyinə əminlik bildirilib.

***

 

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Məhəmməd Yunis Əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib.

Telefon söhbəti zamanı Azərbaycanla Liviya arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

***

Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib.

Prezident İlham Əliyev telefon zənginə, Albaniyanın açıq və qətiyyətli mövqeyinə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı məmnunluqla vurğulanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların əlaqələrimizin inkişafına verdiyi töhfəyə toxunulub.

Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

***

 

 

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın