Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

MDB PA-nın daimi komissiyasının onlayn iclası keçirilib

61

Müstəqil Dövlət Birliyinin Parlament Assambleyasının (MDB PA) Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin deputatı, MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının sədr müavini Mixail Zabelin iclasda iştirak edib.

Tədbirdə “Radioaktiv tullantılarla rəftar haqqında”, “İstixana qazlarının emissiyasının məhdudlaşdırılması haqqında”, “Torpaq idarəçiliyi haqqında” və digər model qanun layihələrinə dair müzakirələr aparılıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın