Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Pekindən rəy: Orta Dəhliz Azərbaycan ilə Çin arasında nəqliyyat əməkdaşlığı üçün yeni imkanlar açır

59

Orta Dəhlizin inkişafı Azərbaycan ilə Çin arasında nəqliyyat və logistika əməkdaşlığının dərinləşməsi üçün yeni perspektivlər yaradır.

Bu barədə logistika üzrə çinli ekspert Van Cüy Dun AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında bildirib.

Onun sözlərinə görə, Çin, Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu strukturları artıq “Orta Dəhliz”lə bağlı birgə müəssisəsini yaradıblar, onun fəaliyyəti marşrutun infrastruktur imkanlarının genişləndirilməsinə və logistikanın rəqəmsallaşdırılması proseslərinin sürətləndirilməsinə yönəldilib.

Ekspert qeyd edib ki, layihənin əsas iştirakçısı kimi Azərbaycan nəqliyyat infrastrukturunun daha da inkişaf etdirilməsi və tranzit axınlarının artması sayəsində əhəmiyyətli üstünlüklər əldə edəcək. O hesab edir ki, logistika proseslərinin rəqəmsallaşdırılması və nəqliyyat səmərəliliyinin artırılması marşrutu Avrasiya məkanında daha rəqabətli və tələbatlı edəcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın