Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakıda Su çərşənbəsi: Qız qalası meydanında ilk bayram tonqalı qalanıb

55

Bu gün Novruz bayramının ilk müjdəçisi olan Su çərşənbəsi qeyd olunur. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun təşkilatçılığı ilə Qız qalası meydanında bayram proqramı keçirilib, qədim ənənələrə uyğun olaraq tonqal qalanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə paytaxt sakinləri və şəhərimizin qonaqları iştirak ediblər. Bayram əhvali-ruhiyyəsi ilə müşayiət olunan proqramda milli musiqilər səsləndirilib, folklor nümunələri təqdim edilib. Qalanan tonqal baharın gəlişini, təbiətin oyanışını və xalqımızın birlik ruhunu simvolizə edir.

Bakı sakinləri Su çərşənbəsi ilə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər. Sakin Ramil Əliyev bildirib ki, Novruz bayramında çox gözəl adət-ənənələrimiz var. O qeyd edib ki, bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. Hamının qəlbində bu günün özünəməxsus sevinci var.

Süleyman Həsənov qeyd edib ki, milli adət-ənənələrimizi qorumaq çox vacibdir. Onun sözlərinə görə, insanlar bu ənənələri yaşadıqca, Novruz bayramının ruhu gələcək nəsillərə də ötürüləcək.

Orxan İsmayılzadə Novruz bayramının mənəvi dəyərinin böyük olduğunu deyib: "Gəlin, adət-ənənələrimizi qoruyub saxlayaq və insanlara bu gözəl mədəniyyətimizi yaşatmağa davam edək”.

Hikmət Alızadə isə bildirib ki, Novruzun gəlişini gənclərlə birlikdə qarşılamaq böyük sevincdir. O qeyd edib ki, bu, gənclərin milli adət-ənənələrə sadiqliyini göstərir və gələcəkdə bu mədəniyyətin yaşadılmasına töhfə verir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın