Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Donald Tramp: "Reuters", elə indi pulları qaytar"

119

ABŞ Prezidenti Donald Tramp tələb edib ki, "Reuters" agentliyi Amerika hökumətinin ona ödədiyi pul vəsaitlərini qaytarsın.

Oxu.Az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"Elə indi pulları qaytarın", - deyə Ağ Evin rəhbəri vurğulayıb.

"Reuters" agentliyi auditoriyanı yanıltmağa görə Birləşmiş Ştatlar hakimiyyətindən milyonlarla dollar alırdı".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri və iş adamı İlon Mask "X" sosial şəbəkə hesabında yazıb.

"Hökumət cəmiyyəti böyük miqyasda yanıltmağa görə milyonlarla dollar ödəyib" , - deyə o qeyd edib.

İ.Mask "Reuters"in fəaliyyətini "tam aldatma" adlandırıb.

 
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın