Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Türkiyə şirkəti Bakıdan uçuşları TƏXİRƏ SALDI

213

"Bu gün Bakıdan Türkiyəyə uçuşu nəzərdə tutulan Türk Hava Yollarının reysləri ləğv olunub".

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Hava limanlarının kommunikasiya şöbəsinin rəhbəri Nərmin Xəlilova deyib.

Türkiyə şirkəti Bakıdan uçuşları TƏXİRƏ SALDI

"TK332 (gəliş - 12:30) və TK333 (gediş - 13:30) nömrəli reyslər həyata keçirilməyib. Sərnişinlərə reyslə bağlı əlavə məlumat üçün aviaşirkətə müraciət etmələri tövsiyə olunur", - deyə N.Xəlilova bildirib.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətindən də Oxu.Az-ın sorğusuna cavab olaraq şirkətin həyata keçirdiyi uçuşlarda hər hansı gecikmənin qeydə alınmadığı vurğulanıb.

Qeyd edək ki, ötən gün əlverişsiz hava şəraiti səbəbindən Türk Hava Yolları İstanbul hava limanından yanvarın 12-də qalxan və enən 54 uçuşu ləğv edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın