Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

40

Oktyabrın 8-9-da Azərbaycan Turizm Bürosu tərəfindən Lənkəran və Astara rayonlarına yerli turizm sənayesi nümayəndələri üçün tanışlıq səfəri təşkil olunub.

İki gün davam edən səfərdə turizm sənayesinin 50 nümayəndəsi iştirak edib.

Səfərin məqsədi yerli turizm sənayesi nümayəndələrini bölgənin fərqli turizm imkanları ilə yerində tanış etmək, yeni səyahət marşrutları və turizm məhsullarının inkişafı üçün perspektivləri dəyərləndirmək olub.

Proqram çərçivəsində iştirakçılar yerli turizm məkanlarına baş çəkib, bölgələrin qonaqpərvərlik ənənələri, turizm məhsulları və təklif olunan təcrübələrlə yerində tanış olublar.

Tanışlıq səfəri hər iki rayonun turizm imkanlarının yerli turizm sənayesi nümayəndələrinə daha yaxından tanıdılması və gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Qarşıdakı dövrdə yerli turizm sənayesi nümayəndələri üçün Azərbaycanın digər regionlarına da tanışlıq səfərlərinin təşkili nəzərdə tutulur.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın