Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

В 2025 году в Баку пройдут международные выставки 22-я TransLogistica Caspian и 13-я Road & Traffic

38

Nəqliyyat məsələlərinə həsr olunmuş son iclasda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nəqliyyat
infrastrukturunun inkişafı və tranzit marşrutlarının optimallaşdırılması məsələlərini vurğulayıb. Bu kontekstdə
beynəlxalq sənaye sərgilərinin rolu daha da artır.


2025-ci ilin 3-5 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit
və Logistika Sərgisi “TransLogistica Caspian”, nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı
üçün önəmli bir platforma təqdim edir. Bu tədbir, logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən
biri kimi tanınır və Avrasiya regionununun peşəkarlarını bir araya gətirir.
Qlobal logistik marşrutların transformasiyası və artan rəqabət şəraitində, “TransLogistica Caspian” sərgisində
iştirak, sektorda lider olmaq istəyən şirkətlər üçün vacib bir addım halına gəlir. Bu sərgi, beynəlxalq nəqliyyat
dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar açır, əməkdaşlıq üçün platforma təqdim edir və "Orta Dəhliz",
TRACECA və "Bir Kəmər, bir yol" təşəbbüsləri çərçivəsində biznesin inkişafına unikal şərait yaradır.
Azərbaycan, eyni zamanda, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər və nəqliyyat dəhlizlərinin
artan əhəmiyyəti fonunda yol infrastrukturunu aktiv şəkildə inkişaf etdirir. Bu istiqamətdə əhəmiyyətli
addımlardan biri, 2025-ci ilin 14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Xəzər
Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic” Sərgisidir. Bu sərgi, nəqliyyat sahəsində
müasir həllərin müzakirəsi və nümayişi üçün mühüm bir platforma təqdim edir.

Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onların beynəlxalq tərəfdaşları olan “ICA Events”
və “CEM FZ-LLC” şirkətləridir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın