Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Rusiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki 49 nəfərin hamısı ölüb

80

İlkin məlumata görə, qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qəzanın baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.

11:06

Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Bildirilib ki, sərnişin təyyarəsinin qalıqları Tındadan 15 kilometr məsafədə aşkar edilib.

Qeyd edək ki, “Rosaviasiya”nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib. Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın