Ankarada 3,5 maqnitudalı zəlzələ olub
103

Fevralın 17-də Türkiyə paytaxtında 3,5 maqnitudalı zəlzələ olub.
AZƏRTAC Türkiyə hökuməti yanında Fəlakətlərin İdarə Edilməsi İdarəsinə (AFAD) istinadla xəbər verir ki, yerli vaxtla saat 13:20-də qeydə alınan yeraltı təkanların episentri Yenimahalle ərazisində olub. Zəlzələnin ocağı 11,48 km dərinlikdə yerləşib.
Türkiyə paytaxtının qərbində əhalinin bir hissəsi evlərini və iş yerlərini tərk edib.
Ankara valiliyi tələfat və maddi ziyanla bağlı məlumat daxil olmadığını bildirib.