Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edildi

418

Nazirlər Kabinetinin yeni Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişikliklər edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, dəyişikliklər əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin rəsmiləşdirilməsi və qiymətləndirmə prosedurunun təkmilləşdirilməsinə, bu sahədə xidmətlərinin çevikliyinin və vətəndaş məmnunluğunun, əlillik sisteminə əlçatanlığın artırılmasına xidmət edir.

Bu vaxtadək tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən bu və ya digər şəxsin əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin (forma 88) rəsmiləşdirilməsi üçün bir çox xəstəliklərin ağır və ya yüngül olmasından, şəxsin yaşından və s. asılı olmayaraq minimum 6 ay müalicə müddəti tələb olunurdu.

Yeni dəyişikliklərə əsasən, bu tələblə bağlı dəqiqləşdirmələr aparılıb və əlilliyin qiymətləndirilməsi məqsədilə ilkin müraciət zamanı müalicə müddəti gözlənilmədən göndərişlərin rəsmiləşdirilməsinə əsas verən xəstəliklərin sayı təqribən 15 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb.

Əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı isə xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunub.

Eləcə də göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar müvafiq araşdırma bitdikdən sonra artıq 3 iş günü müddətindən gec olmayaraq yox, yeni dəyişikliklərə əsasən, dərhal qəbul edilməlidir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın