Azərbaycanda pensiya fondları ilə bağlı yeni qanun layihəsi hazırlanıb
52
"Qeyri-dövlət pensiya fondları haqqında qanun layihəsi hazırlanıb, aidiyyəti qurumların müzakirəsindədir".
Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, fond üçün mənbənin müəyyənləşdirilməsi üzərində iş gedir:
"Əsas sual o idi ki, mənbə işçi, yoxsa işəgötürən olacaq? Bunu biz müəyyən edəcəyik. Mənbənin müəyyən edilməsi istiqamətində iş davam edir".


