Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 32 % azalıb

466

Bu ilin I rübündə Azərbaycanda daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

"Report" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,2 % azdır.

Rüblük göstəricinin 13 540-ı (15,3 %) ilkin, 74,473-ü isə (84,7%) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 39,1 % və 30,7 % azdır.

Yanvar-mart aylarında fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi 53 279, qeyri-yaşayış binası 744, qeyri-yaşayış sahəsi 1,814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.

3 ay ərzində 64 842 texniki pasport tərtib edilib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın