Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanda əmək məzuniyyətinin minimum müddətinin pul kompensasiyası ilə əvəz edilməsi qadağan olunacaq.

97

 Əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) pul kompensasiyası ilə əvəz edilməsinə qadağa Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulub – APA-nın 1news.az-a istinadən verdiyi məlumata görə, müvafiq düzəlişlərin Əmək Məcəlləsinə edilməsi təklif olunur.

 Layihəyə əsasən, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş hal (əmək münasibətlərinə xitam verilərkən kompensasiyanın ödənilməsi) istisna olmaqla, Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsində müəyyən edilmiş əmək məzuniyyətinin minimum müddətinin – 21 təqvim gününün pul kompensasiyası ilə əvəz edilməsinin qadağan edilməsi təklif olunur.

Bundan əlavə, qanun layihəsində əmək məzuniyyətinin və ya onun hissəsinin başqa vaxta keçirilməsi anlayışı dəqiqləşdirilir, həmçinin belə keçirilməyə yol verilən hallar daha ətraflı və aydın şəkildə müəyyən edilir.

Layihə çərçivəsində bu hüququ tənzimləyən digər sahəqanunlarına da müvafiq dəyişikliklər ediləcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın