Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakıda 110-a yaxın küçə və prospektdə genişmiqyaslı yol təmiri aparılır

47

Bakıda vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə son illərin ən genişmiqyaslı yol təmiri proqramı icra olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın bütün 12 inzibati rayonu üzrə ümumilikdə 110-a yaxın küçə və prospektdə təmir işləri həyata keçirilir.

AAYDA-dan AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində 800 min kvadratmetrdən artıq yol örtüyünün yenilənməsi nəzərdə tutulur.

Hazırda proqram çərçivəsində 20-yə yaxın küçə və prospektdə təmir işləri tam başa çatdırılıb, daha 10-a yaxın yol sahəsində işlər davam etdirilir. Digər ünvanlarda isə təmir işləri mərhələli şəkildə aparılacaq.

Təmir işlərinin yay mövsümündə həyata keçirilməsi də təsadüfi deyil. Təhsil müəssisələrində tətil dövrünün olması, eləcə də vətəndaşların əhəmiyyətli hissəsinin məhz bu aylarda məzuniyyətə çıxması səbəbindən şəhərdə nəqliyyatın hərəkət intensivliyi nisbətən azalır. Bu isə həm sürücülər üçün yaranan müvəqqəti narahatlığın minimuma endirilməsinə, həm də işlərin daha operativ və səmərəli şəkildə icrasına şərait yaradır.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın