Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Dünyanın ən nüfuzlu proqramlaşdırma müsabiqələrindən biri olan 49-cu ICPC Dünya Finalı ilk dəfə olaraq Bakıda keçirildi və uğurla başa çatdı⠀

1489
Bu mötəbər tədbir “ICPC Foundation” təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığıı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının əməkdaşlığı və PAŞA Holding-in dəstəyi ilə reallaşdı.
⠀
🌐 70 ölkədən 140 universitetin komandası Bakıda bir araya gələrək proqramlaşdırma sahəsində güclərini sınadı. ICPC 2025-in Dünya Çempionu isə Sankt-Peterburq Dövlət Universiteti oldu. Yarışın qalibləri aşağıdakı kimi müəyyənləşdi:
Qızıl medalçılar:
Tokio Universiteti
Pekin Jiatong Universiteti
Sinxua Universiteti
Gümüş medalçılar:
Pekin Universiteti
Harvard Universiteti
Zaqreb Universiteti
Massaçusets Texnologiya İnstitutu
Bürünc medalçılar:
Çin Elm və Texnologiya Universiteti
Seul Universiteti
Novi Sad Universiteti
Saratov Dövlət Universiteti
Azərbaycan isə tarixində ilk dəfə bu yarışın finalında iki universitet – ADA Universiteti və Bakı Ali Neft Məktəbnin komandalarıi ilə təmsil olundu. Komandalarımız final mərhələsində müvafiq olaraq 101-ci və 127-ci yerləri qazandılar və 5 məsələni uğurla həll edərək Fəxri fərqlənmə diplomuna layiq görüldü.
⠀
Final mərasimində çıxış edən ICPC rəhbərləri və tərəfdaş qurumların nümayəndələri tədbirin yüksək səviyyədə təşkilindən məmnunluqlarını bildirdilər.
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın