Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

BDU-da Yer Elmləri və Ətraf Mühit Tədqiqatları Mərkəzi yaradılacaq

121

Bakı Dövlət Universitetində (BDU) Yer Elmləri və Ətraf Mühit Tədqiqatları Mərkəzi yaradılır. Müvafiq qərar BDU-nun Elmi Şurasının iclasında qəbul edilib.
Yeni Mərkəz Yer elmləri, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, təbii resursların səmərəli idarə edilməsi və davamlı inkişaf sahələrində elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və genişləndirilməsi məqsədilə təsis olunur.
Mərkəzin yaradılması geologiya, coğrafiya, ekologiya, geofizika və əlaqəli elm sahələrində aparılan tədqiqatların inteqrasiyasına, fənlərarası elmi əməkdaşlığın inkişafına, müasir tədqiqat metodlarının tətbiqinə və elmi nəticələrin praktiki əhəmiyyətinin artırılmasına imkan verəcək. Mərkəz iqlim dəyişikliyinin təsirlərinin qiymətləndirilməsi, su və torpaq ehtiyatlarının idarə edilməsi, biomüxtəlifliyin qorunması, ekoloji risklərin müəyyən edilməsi və ekoloji problemlərin elmi şəkildə öyrənilməsi sahələrində kompleks tədqiqatların aparılması, yerli və beynəlxalq elmi təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, qrant layihələrinin hazırlanması və elmi nəticələrin kommersiyalaşdırılması üçün şərait yaradacaq.
Mərkəzin fəaliyyəti BDU-nun elmi-tədqiqat potensialının güclənməsinə rəvac verəcək, aktual ekoloji və geoloji problemlərin həllinə elmi töhfə verəcək, həmçinin universitetin beynəlxalq elmi əməkdaşlıq və tədqiqat mühitindəki mövqeyini möhkəmləndirəcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın