Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Mərkəzi Kitabxanada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi

314

Mərkəzi Kitabxanada Ulu Öndər Heydər Əliyevin xatirəsinə

həsr olunmuş tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Ulu
Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş
tədbir keçirildi.
Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü
uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-inin direktoru, tarix
üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova dünya
miqyaslı siyasətçi Heydər Əliyevin dövlət və siyasi fəaliyyətindən,
Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində
misilsiz tarixi xidmətlərindən danışdı. Görkəmli dövlət xadiminin
respublikaya rəhbərliyi dövründə təhsil və mədəniyyət müəssisələrinin
zəngin şəbəkəsinin yaradıldığını, respublikadan kənarda Azərbaycan üçün
yüksəkixtisaslı mütəxəssislərin, xüsusən milli hərbi kadrların hazırlanması,
Azərbaycanın milli təhsil sisteminın əsasının qoyulması üçün fövqəladə
işlər görüldüyünü vurğulayıb. O, Heydər Əliyevi mədəniyyətin vurğunu və
böyük bilicisi kimi xarakterizə etdi. Lətifə Məmmədova xalqın təkidi ilə
Azərbaycana qayıtdıqdan sonra Heydər Əliyevin müdrikliyi, müstəsna iradə
və qətiyyəti sayəsində alovlanmaqda olan vətəndaş müharibəsinin
qarşısının alındığını, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərqərar
edildiyini, aparılan köklü islahatlar nəticəsində əhalinin sosial rifahının
yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü qeyd etdi.
AMEA-nın müxbir üzvü, tanınmış dövlət və ictimai xadim Sevda
Məmmədəliyeva söylədiyi nitqində Ulu Öndərin ideya və əməllərini davam
etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, 30 ildən bəri

düşmən əsarətində olan Qarabağın əbədi azadlığına qovuşduğunu,
antiterror tədbirləri ilə başlayan və sonda Xankəndində Azərbaycan
bayrağının qaldırılması ilə ölkəmizin tam və qətiyyətli zəfərə nail olduğunu
böyük qürurla bildirdi.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib
ki, bu gün Azərbaycan dünya miqyasında rəğbət olunan, geosiyasi
məsələlərlə bağlı mövqeyi böyük güc mərkəzləri tərəfindən nəzərə alınan
müstəqil, güclü bir dövlətdir. Bütün istiqamətlərdə qaliblər sırasında yer
alan Azərbaycanın bütün tarixi qələbələrinin əsası keçən əsrin 90-cı
illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Cavanşir Feyziyev
görkəmli dövlət xadimi Heydər Əliyevin sovet hökumətinin ən sərt dövründə
Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdığını,
uzaqgörən siyasəti nəticəsində bu tədris ocağında ordu üçün yüzlərlə,
minlərlə peşəkar hərbçi kadrların hazırlandığını bildirib. Sovet rejiminin
hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş
təşəbbüsün böyük hünər tələb etdiyini, bunu yalnız xalqının gələcəyini
düşünən, xalqına, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin
çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyətlər
tərəfindən edildiyini vurğuladı.
Respublika “Xatirə” kitabının baş redaktoru Nəzakət Məmmədova
çıxışında Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən birinin
Azərbaycançılıq məfkurəsinin, milli ruhun yüksəlməsi, milli özünüdərkin
inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental
prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real
siyasi amilə çevrildiyini qeyd etdi.
Uşaq yazıçısı, professor Solmaz Amanova Azərbaycanın hərtərəfli
tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və
təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Ulu Öndər Heydər
Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən
danışdı.

Yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə çıxışında qeyd etdi ki,
dünya miqyasında tanınmış siyasətçi Heydər Əliyev fenomenal şəxsiyyət
idi o, müstəqil Azərbaycanın memarı olmuşdur. O qeyd etdi ki, Heydər
Əliyevin xidmətləri misilsizdir, bu fenomeni böyük alımlər və siyasi xadimlər
öyrənməlidir.
Uşaq yazıçısı, şair Gülzar İbrahimova Ulu Öndərin adını daşıyan
respublika miqyaslı muzey və mərkəzlər, olimpiya mərkəzləri, Heydər
Əliyevin adının verildiyi orden, mükafat, fond, medallar və bir çox müxtəlif
istiqamətlərə aid ensiklopedik kitabların əhəmiyyətindən və onların gələcək
nəsillərə mənəvi miras əhatə etdiyini qeyd etdi.
MKS-in direktoru Lətifə Məmmədova başda olmaqla tədbir iştirakçıları
Ümummilli Liderlə bağlı xatirələrini bölüşdülər.
Sonda kitabxana əməkdaşlarının hazırladığı “Heydər Əliyev və
Azərbaycan dövlətçiliyi” adlı kitab sərgisi və Ulu Öndər Heydər Əliyev
haqqında hazırladığı videoçarx nümayiş olundu.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın