Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Vətən müharibəsində tarixi Qələbənin altıncı ildönümü şərəfinə

92

Noyabrın 5-də Bakı Metropoliteninin "Nərimanov" stansiyasında Vətən müharibəsində tarixi Qələbənin altıncı ildönümünə həsr olunmuş "Qarabağın dirçəlişi: Azərbaycan İntibahının tarixi" adlı foto-sərgi açılıb.

Foto-sərgi Qarabağ Dirçəliş Fondu və "Bakı Metropoliteni" QSC-nin birgə təşkilatçılığı ilə həyata keçirilib. Sərginin əsasını tanınmış britaniyalı yazсьı və tədqiqatçı Qrem Uilsonun Qarabağ Dirçəliş Fondunun sifarişi ilə yazdığı "Qarabağın dirçəlişi: Azərbaycan İntibahının tarixi" kitabının materialları təşkil edir.

Sərginin ekspozisiyasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, tarixi-mədəni irsin bərpasını, həmçinin Qarabağın füsunkar təbiətini, nadir flora və faunasını əks etdirən fotoşəkillər daxildir.

"Nərimanov" stansiyasının hər iki keçidində yerləşdirilən foto-sərgi paytaxt sakinlrinə və qonaqlara Qarabağın müasir siması, miqyaslı bərpa işləri və əldə olunan nəticələrlə tanış olmaq imkanı yaradır.

Qarabağ Dirçəliş Fondunun bu yeni təşəbbüsü azad edilmiş ərazilərin dirçəlişinin təbliğinə, geniş auditoriyanın Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsi ilə tanış edilməsinə, eləcə də ictimaiyyətin Qarabağın mədəni irsinə və təbiətinə olan marağının artırılmasına yönəlib.

Təqdim olunan fotoşəkillərdə yerləşdirilən QR-kodları skan etməklə ziyarətçilər Fondun rəsmi saytında Qarabağdakı quruculuq işləri haqqında daha ətraflı məlumat ala, həmçinin bu prosesə dəstək olmaq üçün ianə edə bilərlər.

Beləliklə, foto-sərgi ziyarətçilərə təkcə Qarabağın dirçəliş tarixi ilə tanış olmaq deyil, həm də bölgənin gələcək inkişafına öz töhfəsini vermək imkanı yaradır.

Xatırladaq ki, bu, Qarabağ Dirçəliş Fondu və Bakı Metropoliteninin ikinci birgə sərgi layihəsidir. "Qarabağda urbisid" mövzusunda əvvəlki foto-sərgi də uzun müddət "Nərimanov" metro stansiyasında nümayiş etdirilib.

Yeni ekspozisiya Qarabağ Dirçəliş Fondu tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış "Karabakh.Center" internet-resursunun materialları əsasında hazırlanıb. Burada Qarabağda erməni vandallığı nəticəsində dağıdılmış şəhər və kəndlərimizin, eləcə də tarixi, mədəni və dini abidələrimizin təsvir olunduğu 90-a yaxın fotoşəkil nümayiş etdirilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın