Silahlı Qüvvələr Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib
35

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi qulluqçuların və orkestrlərin iştirakı ilə yürüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən yürüşlər sakinlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.