Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Xəzər dənizində üçüncü zəlzələ baş verib

34
Xəzər dənizində üçüncü zəlzələ baş verib.
Bu barədə Day.Az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 13:21-də qeydə alınıb.
3 bal gücündə olan yeraltı təkan 21 km dərinlikdə baş verib.
 
***
Xəzər dənizində yeni zəlzələ baş verib.
Bu barədə Day.Az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Zəlzələ yerli vaxtla saat 13:10-da qeydə alınıb. 3,2 bal gücündə olan yeraltı təkan 20 km dərinlikdə baş verib.
 

Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Day.Az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. 5,3 bal gücündə yeraltı təkan yerli vaxtla saat 13:05-də, 70 km dərinlikdə baş verib. Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad və Neftçalada 3-4 bal gücündə hiss olunub.
 

13:22
Xəzər dənizində Azərbaycanın cənub bölgələrində hiss olunan zəlzələ baş verib.
Day.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanlar ən çox Lənkəran və Astarada hiss edilib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin APA-ya verdiyi şərhə görə, zəlzələ ocağının 70 km dərinlikdə yerləşdiyi, maqnitudasının isə 4-5 bal olduğu ehtimal edilir. Cənub zonasında, əsasən Cəlilabad, Astara, Lənkəran və Lerikdə zəlzələ 3 bala qədər hiss olunub.
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın