Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Ankaranın hava limanında NATO sammiti zamanı məhdudiyyətlər tətbiq ediləcək

66

NATO Liderlər Sammiti (7-8 iyul) zamanı Ankaradakı “Esenboğa” Beynəlxalq Hava Limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq olunacaq.

AZƏRTAC Türkiyə Dövlət Hava Limanları Baş İdarəsinə istinadla xəbər verir ki, hava hərəkatına məhdudiyyətlər iyulun 7-də saat 10:00-dan 18:00-dək və iyulun 8-də saat 14:00-dan 21:00-dək qüvvədə olacaq.

Xarici dövlət başçılarını və rəsmi nümayəndə heyətlərini daşıyan mülki və hərbi təyyarələr bu məhdudiyyətlərdən azaddır.

Ankara sammiti zamanı NATO liderləri hərbi-siyasi blokun yenilənməsi üçün “NATO 3.0” konsepsiyasını müzakirə etməyi planlaşdırırlar.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın