İş və istirahət günlərinin yerləri dəyişdirildi - 12 gün iş olmayacaq
162

İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da Novruz bayramında tətil günlərinin sayı 11-ə çatdırılıb. Belə ki, martın 20-dən 30-dək tətil günləri olacaq. Bundan əlavə, Ramazan bayramı 30-31 mart tarixlərinə düşdüyünə görə, 31 mart da qeyri-iş günü olacaq. Aprelin 1-i isə rəsmi iş günü olacaq.