Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakıdakı beş məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

55

Tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan beş məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, qəbul 29 iyul saat 11:00-dan etibarən başlayır.

Qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:

1. Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi;

2. Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. Bakı şəhəri "Zəngi" liseyi;

4. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

5. Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın