COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub
513
Tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, daha sonra isə SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış ediblər.
Çıxışlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri haqqında məlumat verilib, bu ərazilərdə yaşıl enerji, yaşıl kənd təsərrüfatı, habelə təbiətə dost olan texnologiyaların tətbiqi ilə karbon neytrallığının təmin edilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb.
Daha sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” potensialı, bu istiqamətdə həyata keçirilən layihələr və gələcək hədəflər barədə təqdimat edilib.