Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

COP-31 çərçivəsində D-8 ölkələrinin ətraf mühit üzrə yüksəksəviyyəli iclası keçirilib

234

Türkiyənin Antalya şəhərində keçirilən COP-31 çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ətraf mühit üzrə yüksəksəviyyəli iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, “İstanbuldan Antalyaya: İqlim Tətbiqində D-8 Tərəfdaşlığı” mövzulu müzakirədə Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva təmsil edib.

İclas iştirakçılarına səslənən COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iqlim məsələsinin D-8 ölkələri üçün inkişaf, ədalət və yeni imkanlara çıxış məsələsi olduğunu qeyd edib.

Nazir iyulun 16-17-də İstanbulda keçirilən D-8 ətraf mühit nazirlərinin 1-ci iclasının nəticələrini xatırladaraq deyib: “Müzakirələr nəticəsində qəbul edilən Bəyannamə ətraf mühit və iqlim sahəsində ortaq iradəmizi nümayiş etdirib. D-8 ölkələri arasında kənd təsərrüfatı, sənaye və enerji sahələrində birgə layihələr hazırlaya, mütəxəssislərimizi bir araya gətirərək “Birgə təşəbbüs hovuzları” yarada bilərik. D-8-in ədalət və əməkdaşlıq ideyasını birlikdə inkişaf etdirək”.

İclasda üzv ölkələrin nümayəndə heyətləri Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təqdim ediblər.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın