Suriyada kilsədə baş verən partlayışda 20 nəfər ölüb

Dəməşq yaxınlığındakı Müqəddəs Elias kilsəsində partlayış nəticəsində azı 20 nəfər ölüb, 51 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ibadət ocağına daxil olan terrorçu özünü partladıb.
Hadisə şahidlərinin yerli televiziyaya verdiyi məlumata görə, hadisə vaxtı kilsədə olanlar binaya silahlı şəxsi saxlamağa cəhd ediblər. Bu zaman o, özünü partladıb.
Terror aktı nəticəsində tarixi kilsəyə də ciddi ziyan dəyib.
22:04
Dəməşqin şərqindəki Duveyla bölgəsindəki kilsədə partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, partlayış terror aktı nəticəsində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində 13 nəfər ölüb, 53 nəfər yaralanıb.
Partlayış kilsəyə böyük ziyan vurub, təhlükəsizlik qüvvələri hadisə yerində geniş ehtiyat tədbirləri görüb.
Partlayışla bağlı araşdırmalara başlanılıb.