Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Rusiyada zəlzələ oldu, vulkan püskürməyə başladı

220

Rusiyanın şərqində, Kamçatkada 6.3 maqnitudalı zəlzələ qeydə alınıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri Nikolskoye kəndindən 101 km şimal-qərbdə yerləşib. Yaşayış məntəqələrində yeraltı təkanlar 4 bala qədər hiss olunub.

Bundan əlavə, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı vulkan püskürməsinin başladığını bildirib.

"Kluçevski vulkanının kraterində parıltı müşahidə edilib, bu yeni püskürmənin başlanğıcıdır deməkdir", - məlumatda deyilir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın