Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Türkiyə süni intellektdən istifadə edərək lazer silahı hazırlayıb - FOTO/VİDEO

275

Türkiyədə süni intellekt elementlərindən istifadə edilərək lazer silahı hazırlanıb.

Qeyd olunur ki, bu, “Roketsan” tərəfindən yaradılmış ALKA - yönləndirilmiş enerji silah sistemidir.

“ALKA düzgün süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir. O həmçinin asimmetrik təhlükələrə qarşı mübarizə aparmaq üçün elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir”, - istehsalçı şirkətin nümayəndəsi bildirib.

ALKA sistemi ilk dəfə İstanbulda keçirilən IDEF-2019 müdafiə sərgisində təqdim edilib.

 

Mənbə: TRT Haber

 

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın